Ş əxsi inkişaf, insanın özünü tanımasını, nöqsanlarını aşkar edib, müəyyən olunan hədəflərə çatmasını qarşısına məqsəd qoyan və insanı motivasiya edərək məqsədinə yaxınlaşdıran texnikalar və strategiyalar toplusudur.
Şəxsi inkişaf, ilk baxışda insanın başqaları ilə münasibətlərini tənzimləmə məqsədi daşısa da, əsasında insanın xoşbəxtliyini və iç dincliyini qarşısına məqsəd qoymuşdur. Şəxsi inkişaf, insan oğlunun mənfi duyğularını, düşüncələrini, inanclarını və qərəzlərini, müsbət duyğu, düşüncə və inanclara çevirməyi, qərəzləri yox etməyi qarşısına məqsəd qoyur.
Bütün şəxsi inkişaf kitabları, şəxsi inkişaf videoları, şəxsi inkişaf yazıları, şəxsi inkişaf seminarları və şəxsi inkişaf filmləri, şəxsi inkişaf saytları insanların düşüncə tərzlərini dəyişdirərək, həyatlarını çox daha gözəl şəraitdə davam etdirməsini və xoşbəxtliyə çatmasını qarşısına məqsəd qoyur.
Bəs qısaca şəxsi inkişaf nədir? Şəxsi inkişafın qaydaları nələrdir? Buyurun qısa qeydlərlə şəxsi inkişaf nədir baxaq.
Şəxsi inkişaf, ömür boyu davam edən bir prosesdir. İnsanın dəyər tənqidinə və həyat məqsədinə uyğun bir şəkildə ömrü boyu özünü inkişaf etdirmək istəməsi, mənfi duyğu və düşüncələrindən xilas olub, müsbət duyğu və düşüncələr dənizinə yelkən açmağı qarşısına məqsəd qoyması, əlbəttə, təqdir edilməli olan gözəl bir mövqedir. Şəxsi inkişaf, doğumla başlayıb, ölümə qədər davam edən uzun bir yoldur.
Mənbə: www.motivasiya.com