Təlimat

Layihəyə necə müraciət etmək mümkündür: Layihəyə buradan və ya GencApp mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür. Gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa video çarx vasitəsilə təqdim edəcəklər. Yalnız fiziki məhdudiyyətli şəxslər yazılı formada da müraciətlərini təqdim edə bilərlər.

Layihə təklifləriniz necə olmalıdır? Layihə təklifləri Dövlət Məşğulluq Agentliyinin Özünüməşğulluq proqramı çərçivəsində olunan zərflərə və ya innovativ məzmunlu digər istiqamətlər üzrə sərbəst mövzuya uyğun olmalıdır.

Müraciət videosu nələri əhatə etməlidir?
    1. Marafona müraciət səbəbi
    2. Hansı zərf üzrə aktivlər istəyirsiz? Zərf üzrə aktivlər, maliyyə vəsaiti və ya hər ikisi
    3. Seçiminizi əsaslandırın
    4. Seçim etdiyiniz sahə üzrə təcrübəniz var ?
    5. Ayrılmış mal, material və vəsaiti necə istifadə edəcəksiniz?

Tələblər:
  • video təqdimat mobil telefon və ya foto kamera ilə minimum 720p keyfiyyətində çəkilməli;
  • səsiniz aydın eşidilməli və üzünüz tam görünməlidir;
  • çəkilişi qaranlıq vaxtı aparmaq olmaz;
  • video təqdimatı genc.az veb səhifəsi və ya GencApp mobil tətbiqi vasitəsilə şəxsi məlumatlarınızla birgə göndərməyiniz tələb olunur;
  • video müraciətin təqdim olunması üçün son tarix 10 aprel 23:59-dur.

Layihələr necə qiymətləndiriləcək? Layihə müraciətləri Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə yaradılmış “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Layihələr dəyərləndirilərkən əmək qabiliyyətli əlilliyi olan gənclərə, risk qrupuna daxil olan gənclərə, şəhid ailəsinin üzvü olan gənclərə, Vətən müharibəsində iştirak etmiş gənclərə, məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclərə üstünlük veriləcək, habelə video təqdimatın əhatəliliyi, ideyanın reallaşdırıla bilən olması, şəxsin özünüməşğulluğa başlamağa motivasiyası, lahiyə istiqaməti üzrə zəruri biliklərə malik olması, həmçinin konkretlik və digər meyarlar əsasında dəyərləndiriləcək.

Layihənin maliyyələşdirilməsi Qiymətləndirilmədən uğurla keçən layihələrin müəlliflərinə müraciət zamanı etdikləri seçim üzrə özünüməşğulluq proqramı çərçivəsində mal və aktivlər təqdim ediləcək.
Qalib layihə təklifləri özündə sosial faydalılıq komponentləri ehtiva edərək innovativ məzmunlu olduğu təqdirdə bu layihələrə 5000 AZN-dək maliyyə vəsaiti ayrılması nəzərdə tutulur.