Biznesini Yarat Marafonu

 

B iznes marafonlar vasitəsi ilə gənclərin rəqabətə davamlılığının artırılmasına və potensiallarının reallaşdırılmasına dəstək göstərən, beləliklə onlar arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihədir.

Layihə çərçivəsində gənclər arasında biznes marafonlar təşkil ediləcək. Layihə pandemiya dövründə keçirildiyi üçün marafona müraciətlər video formasında olacaq. Gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa video çarx vasitəsilə təqdim edəcəklər və müraciətlər “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Marafonun qalibi olan gənclər özünüməşğulluq proqramına cəlb edilərək biznes ideyalarını reallaşdırmaq üçün dəstək alacaqlar.

Layihənin məqsədləri:
  • Gənclərin rəqabətə davamlılığının artırılması;
  • Gənclərin potensialının reallaşdırılması;
  • İşsiz və işaxtaran gənclərin özünüməşğulluğa cəlb edilərək işlə təmin olunması.

  • Layihənin hədəf kütləsi:
      Layihənin əsas hədəf kütləsi olan 300 nəfər gənc aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilmişdir:
    • Yaş aralığı 18-29;
    • Məsuliyyətli və öyrənməyə həvəsi olan gənclər;
    • İşsiz və işaxtaran gənclər.
    • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
    • Risk qrupuna daxil olan gənclər;
    • Şəhid ailəsinin üzvü olan gənclər;
    • Vətən müharibəsində iştirak etmiş gənclər;
    • Məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclər.

    Tətbiqi indi yüklə