Təlimat

Layihəyə necə müraciət etmək mümkündür: Layihəyə buradan və ya GencApp mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür.

Tələblər
  • Təcrübəsiz olan işsiz və işaxtaran gənclər;
  • 18-29 yaş həddi;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Təşəbbüskarlıq və novatorluq;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:
  • Aktiv əmək müqaviləsi olan şəxslər;
  • İşi və qazancı olan şəxslər;
  • Təhsil müəssisəsində əyani təhsil alan şəxslər.

Üstünlük veriləcək: Şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə.

Namizədlər necə qiymətləndiriləcəklər: Layihəyə müraciət edən gənclərin işləmək istədikləri sahəyə və bununla bərabər müəssisələrin təcrübəsiz gənclər üçün təklif etdiyi vakant yerlərə əsasən uyğunlaşdırılaraq namizədlərlə əlaqə saxlanılacaq.