İşəgötürənlər Üçün Əməkhaqqı Subsidiyası

 

L ayihəsi gənc və təcrübəsiz işçilər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn, işəgötürənləri bu şəxslərin işə götürülməsinə həvəsləndirən layihələrdən biridir.

Əməkhaqqı subsidiyası nədir? Əməkhaqqı subsidiyası əməkhaqqının birgə maliyələşdirilməsi deməkdir. Sözügedən layihə çərçivəsində, gənc və təcrübəsiz işçilər arasında işsizlik səviyyəsini azaltmaq məqsədi ilə onların əməkhaqqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək. Beləliklə işəgötürənlər gənc və təcrübəsiz kadrları işlə təmin etməyə təşviq ediləcəklər.

Layihə çərçivəsində gənclərin işlə təmin olunması üçün müxtəlif şirkətlərlə əməkdaşlıq ediləcək və gənclər işlə təmin olunacaqlar.

Layihənin məqsədləri:
  • İşsiz və təcrübəsiz gənclərin məşğulluğunun təmin edilməsi;
  • İşəgötürənlərin təcrübəsiz və işsiz gəncləri işə götürməsi üçün həvəsləndirilməsi.

  • Layihənin hədəf kütləsi:
    Layihənin əsas hədəf kütləsi olaraq aşağıdakı kateqoriyalara məxsus 200 nəfər gənc müəyyənləşdirilib:
  • Yaş aralığı 18-29;
  • İşsiz və işaxtaran gənclər;
  • İş təcrübəsi olmayan gənclər;
  • Məsuliyyətli və işləməyə həvəsi olan gənclər;
  • Könüllü cəbhəyə getmiş gənclər;
  • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
  • Risk qrupuna daxil olan gənclər;
  • Şəhid ailəsinin üzvü olan gənclər;
  • Vətən müharibəsində iştirak etmiş gənclər.

Tətbiqi indi yüklə