Peşəkar Gənclik

 

L ayihəsi müxtəlif peşə və ixtisas sahələri üzrə gənclərin bilik və bacarıqlarının artırılması və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn, ixtisas sahələri üzrə gəncləri birləşdirən və istiqamətləndirən layihələrdən biridir.

Layihə çərçivəsində Bakı kəndləri, Abşeron rayonu və Sumqayıt şəhərində iş axtaran və karyerasını müxtəlif sahələrdə qurmaq istəyən gənclər üçün peşə və ixtisaslarına uyğun mövzularda təlim proqramları təşkil olunacaq. Təlim proqramını uğurla başa vuran gənclər təcrübə proqramlarına yönləndiriləcəklər. Son olaraq, təcrübə proqramlarını uğurla bitirən gənclər müvafiq şəkildə peşə və ixtisaslarına uyğun olan iş ilə təmin olunacaqlar.

Layihənin məqsədləri:
  • Gənclərin iş mühitinə hazırlıqlı olmaları və rahat iş tapa bilmələri üçün şəxsi inkişaf yönümlü təlimlərin təşkil edilməsi;
  • Müxtəlif peşə və ixtisaslar üzrə işaxtaran gənclərin iş həyatında lazım olan bilik, bacarıq və qabiliyyətlərə yiyələnməsinin təmin edilməsi;
  • Müxtəlif sahələr üzrə ixtisaslı kadrların yetişdirilməsi;
  • Gənclərin real iş mühitində təcrübə əldə etməsi;
  • Gənclərin məşğulluğunun təmin edilməsi.

  • Layihənin hədəf kütləsi
      500-ə yaxın gənci əhatə edəcək layihənin əsas hədəfi aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilib:
    • Yaş aralığı 18-29;
    • Məsuliyyətli və öyrənməyə həvəsi olan gənclər;
    • İşsiz və işaxtaran gənclər;
    • İxtisası və peşəsi olmayan gənclər;
    • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
    • Risk qrupuna daxil olan gənclər;
    • Vətən müharibəsində iştirak etmiş gənclər;
    • Vətən müharibəsi zamanı ziyan görmüş gənclər;

    Tətbiqi indi yüklə